Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tarif Şurası dərmanlarla bağlı məlumatlara münasibət bildirib

Tarif Şurası dərmanların baha qiymətə satılması barədə məlumatlara münasibət bildirib

 

Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı kütləvi informasiya vasitələrində yer alan məlumatlara münasibət açıqlayıb.
 
  Xeberinfo.com şuranın saytına istinadən xəbər verir ki, şura dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiymətinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edildiyini, onlardan 7347 dərman vasitəsinin (75%-i) hazırda təsdiq edilmiş qiymətlərlə satışda olduğunu açıqlayıb: “Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.
 
1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir”.
 
Qeyd olunub ki, Tarif Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil.
 
Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam