Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kişi arvadını çılpaq şəkilləri ilə şantaj etdi

Bakıda kişi arvadını az qala intihar həddinə çatdırsın. Hüquq-mühafizə orqanı əməkdaşları kişinin öz arvadını çılpaq şəkillərini yayacağı hədəsi ilə ilk dəfə rastlaşdıqlarını etiraf ediblər.

Xeberinfo.com:  Hazırda bu fakt paytaxtın Nizami Rayon Prokurorluğunda araşdırılır.

"Sputnik" xəbər verir ki, rayon prokurorluğuna Keşlə qəsəbəsinin 30 yaşlı sakini N.C. müraciət edib.

O bildirib ki, əri (hazırda sabiq əri) – Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan, əslən Qəbələdən olan F.B. qadını şəkillərini internetdə yerləşdirəcəyi ilə hədələyib. Qadın hüquq mühafizəçilərinə bu biabırçılıq üzündən, hətta intihar etmək istədiyini belə söyləyib.

Hər şey ərinin Rusiyaya qazanc ardınca getməsindən sonra başlayıb. Rusiyaya getdikdən bir müddət sonra əri ona “Əgər sənə xəyanət etməyimi istəmirsənsə, mənə çılpaq şəkillərini göndər” məzmunlu ismarıc yazıb.

Qadın uşağının atasının sözlərinə inanıb və həqiqətən də bu şəkillərinin ərinin ona sədaqətini qorumasına yardım edəcəyinə inanaraq şəkillərini yollayıb. Amma bir müddət sonra qadına xəbər çatıb ki, əri bu şəkilləri öz tanışlarına və qohumlarına göstərir. Bunu eşidən qadın boşanmaq üçün ərizə verib.

Amma kişi bununla sakitləşməyib, onu şəkillərinin internetdə yerləşdirəcəyi ilə hədələməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam