Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Generalın qardaşına yeni vəzifə verildi

 

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov təzə vəzifəyə təyinat alıb. 

 

    "xeberinfo.com": Səhiyyə Nazirliyindən əldə etdiyimiz məlumata görə, Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim təyin olunub.

Fikrət Zeynalov bu yaxınlaradək Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Lakin 4 saylı şəhər Klinik Xəstəxanası bir müddət öncə səhiyyə nazirinin müvafiq əmrinə uyğun olaraq bağlandığından Fikrət Zeynalov işsiz idi.

Qeyd edək ki, Zeynalovların daha bir qardaşı yüksək vəzifədə çalışır. Bu, Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur. 

Hər üç qardaş uzun illərdir yüksək vəzifələrdə çalışırlar. Belə ki, general-mayor Ramiz Zeynalovun artıq 20 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Tofiq Zeynalov isə 7 ildir Tovuz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam