Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

2 səfir geri çağırıldı

xinPrezident İlham Əliyev iki ölkəyə səfir, bir ölkədə isə konsul təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Xeberinfo.com:  Sərəncamlara əsasən Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentinaya, Azər Xudayar oğlu Xuduyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident eləcə də, Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edib.

**

Prezident İlham Əliyev Almaniya və Moldovadakı səfirlərimizin geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Pərviz Oqtay oğlu Şahbazov isə Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, P.Şahbazovun atası Oqtay Şahbazov prezidentin işlər müdiridir. (AzərTAc)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam