Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb”

4cc17c28d73bf35c4e63a78aae03abbb

Mətbuat Şurası Milli Şuranın bu gün metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Xeberinfo.com:  Şuradan APA-ya verilən məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb.

Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib. Eyni zamanda mitinq müddətində Mətbuat Şurasında “qaynar xətt” rejimində fəaliyyət gösətərən 012 441 25 96 və 441 35 30 telefon nömrələrinə də jurnalistlərdən müraciət daxil olmayıb.
Monitorinq prosesində iştirak edən Mətbuat Şarasının icraçı katibi Rəhim Hüseynzadənin bildirdiyinə görə, aksiyanı işıqlandıran jurnalistlərin çox az qismi üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar.
Qeyd edək ki, Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün nəzərdə tutulmuş gödəkçələrin hazırlanmasına başlayıb. Tezliklə həmin gödəkçələrin müəyyən hissəsi KİV redaksiyalarına paylanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam