Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

TRT-1 kanalının yayımı dayandırıldı - Bakıda

Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin TRT-1 telekanalının yayımı dayanıb.

Xeberinfo.com:   Səbəb kimi Türkiyənin TRT-1 telekanalının rəqəmli yayımda fəaliyyət göstərməməsi göstərilir.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib. O bildirib ki, hazırda TRT-1-in analoq yayımı dayandırılıb. M.Abbasov qeyd edib ki, TRT-1-in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub: “TRT-1 kanalının rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra TRT-1-in yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib, danışıqlar aparılır”.

Qeyd edək ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Komissiyanın qərarı ilə noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bu gündən Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən digər bölgələrdə də analoq TV yayımı dayandırılacaq. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam