Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ziya Məmmədovun təzyiqilə Emil Məmmədovu buraxdılar”

 

 

    "xeberinfo.com": “Ziya Məmmədovun istintaqa təzyiqi ilə mənim şikayətim üzrə saxlanan Emil Məmmədovu buraxıblar” – bunu hüquq müdafiəçi Vidadi İsgəndərli deyib.

Qeyd edək ki, mayın 11-də hüquq müdafiəçisinin mobil telefonuna gizli nömrədən zəng edən şəxs nəqliyyat naziri Ziya Məmmədov və yaxınları haqqında bir daha xəbər yaysa, onu ölümlə təhdid etmişdi.

V.İsgəndərli dərhal polisə etdiyi şikayətdən sonra Göyçay rayon Polis İdarəsi Emil Məmmədovu saxlamışdı. Hüquq müdafiəçisi iddia edir ki, Emil Məmmədov 1 ilə yaxındır “Facebook” sosial şəbəkəsində ona hədə, təhdid dolu mesajlar yazıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, Göyçay Polis İdarəsinin rəsmiləri mayın 16-da səhər saatlarında Emilin polis idarəsində saxlandığını deyiblər: “Səhər saatlarında mənim “Facebook”dakı səhifəm növbəti dəfə bağlandı. Mən bu məsələdə eyni şəbəkədən şübhələndim. Sonra eşitdim ki, Emil azadlıqdadır. Onu Ziya Məmmədovun tapşırığıyla azad ediblər. Mənim şikayətlərimdən sonra istintaq materialı Bakıya göndərilib. Sona qədər bu işin axırına gedəcəm”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam