Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Con Kerrinin yerinə kim gələcək? – Əsas namizəd açıqlandı

qinqricinABŞ-ın yeni dövlət katibinin hazırda Konqresdə Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan 73 yaşlı Nyut Qinqriç olacağı bildirilir.

Xeberinfo.com:  Bu proqnozu dünyanın bir neçə nüfuzlu media qurumu irəli sürüb.

CNN-nin tərtib etdiyi siyahıda da Qinqriç dövlət katibi vəzifəsinə 5 əsas namizəddən biri kimi göstərilib.

Onunla yanaşı siyahıda senatorlar Ceff Seşns, Robert Korker, ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton və Beynəlxalq Əlaqələr Şurasının prezidenti Riçard Xaas da var.

«The Wall Street Journal»a görə, dövlət katibi bu 3 nəfərdən biri olacaq – Qinqriç, Bolton, Korker.

BBC əsas namizəd kimi Qinqriçin adını qeyd edib.

«France Press» isə Con Kerrini Qinqriçin əvəzləyəcəyinə əmindir. Agentlik bildirir ki, Qinqriç həm də vitse-prezident postuna namizədlər arasında olub. Lakin sonradan bu post üçün Mayk Pens daha məqsədəuyğun hesab edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam