Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Deputatlar bir-birini təhqir etdi:“Aqil Abbas hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin”

 

Deputatlar bir-birini təhqir etdi

 

“Maaşım çoxdur deyən deputatların maaşını azaldın...”

Xeberinfo.com:    Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fəzail Ağamalı və Aqil Abbas arasında mübahisə yaranıb.

“Report”un xəbərinə görə, A.Abbas çıxışı zamanı deyib ki, Azərbaycan parlamentində ən çox tənqid olunan deputatdır: “Ən çox mən, Fazil Mustafa və Hadı Rəcəbli tənqid olunur. İki-üç deputatıq, ortada qalmışıq, digərləri yaxalarını kənara çəkib. Deputat maaşlarının artırılması ilə bağlı verdiyim açıqlamaya görə məni təhqir edirlər. Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da. Maaşım çoxdur deyən deputatların maaşını azaldın da. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqi və böhtan var”.

Deputat Fəzail Ağamalı isə ona cavab olaraq deyib ki, Aqil Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir: “Onun səviyyəsi hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin. Hər dəfə söz alıb bizə burda dərs keçir, ağıl öyrədir. Ona xəbərdarlıq olunmalıdır. Aqil Abbas hərəkət və davranışlarına fikir versin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam