Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Fətullah Gülən videomüraciət yaydı –Rus səfirin qətli ilə bağlı

fettulah-gulen

 

Fətullah Gülən Rusiya səfiri Andrey Karlovun qətlinin rəhbəri olduğu hərəkatla əlaqələndirilməsinə münasibət bildirib.

Xeberinfo.com:   «Associated Press»in məlumatına görə, Gülən videomüraciət yayaraq ittihamı rədd edib.

«Terrorizmi həmişə qınamışıq. Rusiya səfirinə qarşı bu terror aktını da səmimi şəkildə qınayırıq. Mən də qınayıram. Bu qanlı qatil Türkiyə prezidentini bir neçə dəfə mühafizə edib. Mətbuatın yazdığına görə, on dəfə.
Özünün də dediyinə görə, o, «ən-Nüsrə»dəndir. Açıq görünür ki, bizim hərəkata hər hansı aidiyyəti yoxdur. Bizə nə keçmişdə, nə idi bağlılığı olub», deyə Gülən bildirib.

O, əlavə edib ki, Türkiyə hökuməti bu cür ittihamlarla Gülən hərəkatını qaralamağa çalışır: «Onlar dünyanı buna inandıra bilməyəcəklər».

Gülən hesab edir ki, bu cür olayların yaşanmasının səbəbi Türkiyədə terrorizmə qarşı ixtisaslaşmış ekspertlərin vəzifələrindən uzaqlaşdırılmasıdır.

Qeyd edək ki, səfirin qətlindən dərhal sonra Türkiyə hökuməti sui-qəsdçi Mövlud Mətin Altıntaşın FETÖ-çü olduğunu bildirmiş, bunu prezident Ərdoğan da təsdiqləmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam