Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Məhbuslar susuz qalıb -14 saylı cəzaçəkmə müəssisəsində

qobustan-hebsxana14 saylı cəzaçəkmə müəssisəsində su problemi yaşanır.

Xeberinfo.com:   Bu haqda AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin anası facebook səhifəsində yazıb:  “Bu gün Elvin zəng eləmişdi. Elvin bildirdi ki, artıq 10 gündür 14 saylı cəzaçəkmə müəssisəsinə su verilmir, dustaqlar əllərini yumağa belə su tapa bilmir”.

14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən gəncin anası müvafiq qurumlara da səslənib:

“Bu müəssisədə həmişə su qıtlığı olub, indi isə problem daha ciddi hal alıb. Burdan əlaqədar təşkilatlara səslənirəm. Çox qısa zamanda bu problem həll olunmalıdır. İnsanlar əziyyət çəkir, əl yumağa belə  su tapa bilmir. Günlərlə paltarlarını yuya bilmirlər, çimə bilmirlər, ayaqyoluna tökməyə su yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam