Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şahin Sultanovdan xəbər var

 

 

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, həbsdə olan vitse-admiral Şahin Sultanovdan xəbər var. 
"Xeberinfo.com": Onun vəkili Adəm Məmmədov açıqlamasında bildirib ki, müvəkkili ilə iki gün əvvəl görüşüb: “Şahin müəllimlə 2 gün əvvəl görüşmüşəm, yaxşıdır, özünü yaxşı hiss edir. Hərbçi olduğuna görə iradəli adamdır. 40 il orduda qulluq edib, kazarma şəraiti görüb. Ona görə də çox soyuqqanlı və təmkinlidir. Ailəsi ilə ötən həftə görüşüb”. 
Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan vitse-admiral ağır cinayətdə ittiham olunduğuna görə ilkin həbs qətimkan tədbirinin müddəti 3 ay seçilib: “Ona görə də hələ ki məhkəməni vaxtını dəqiq bilmirik”. 
Vəkil bir müddət öncə yenidən mətbuat konfransı keçirəcəyi ilə bağlı verdiyi açıqlamaya da aydınlıq gətirib: “Əslində, mətbuat konfransı keçirilməliydi. Amma hələ ki gözləyirik. Çox güman ki, yaxın 1-2 həftə ərzində yenidən mətbuat konfransı keçirəcəyik”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam