Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Valyuta məzənnəsindən silah kimi istifadə edirlər” -Ərdoğan xalqı dollara qarşı müqavimətə çağırdı

erdoqan-09

 

"Əlində silahı, bombası olan terrorçu ilə əlində dolları, avro, sələmi olan terrorçu  arasında heç bir fərq yoxdur. Məqsəd Türkiyəni diz çöktürtməkdir. Valyuta məzənnəsindən bir silah kimi istifadə edirlər”. 

Xeberinfo.com:  Bu sözləri Türkiyə prezidenti Ərdoğan dolların lirəyə nisbətən kursunun kəskin artmasına münasibət bildirərkən deyib.

 Ərdoğan etiraf edib ki, Türkiyənin müəyyən çətinlikləri var: “Heç biri ölkəmizdəki valyuta məzənnəsinin bu səviyyələrə gəlməsinin səbəbi ola bilməz. Silahlı və iqtisadi terror hücumlarına qarşı hər bir ölkə tədbirini görməyin yollarını axtarır. Yeni yeni marketinq üsulları inkişaf etdirərək yollar axtarmalıyıq. Millətimiz valyuta sataraq, 15 İyul ertəsi ilk dalğa təcavüzünün təsirini kəsmişdi. Bunu davam etdirməliyik. Mərkəzi Bank bu məsələdə lazımi tədbirləri görəcək imkan və qabiliyyətə malikdir. Fədakarlıq ediləcəksə, bu günlər tam zamandır. Bütün ölkənin və millətin mənfəətini söz mövzusu olduğunda banklar müxtəlif hesablar içinə girməməlidir. İqtisadiyyatı dağıtmaq cəhdlərinə qarşı da milli səfərbərlik elan etməliyik. Şəhidlərimizə, qazilərimizə, bütün əcdadlarımıza bunu borcluyuq. Bizdən sonra gələcək nəsillərə də bunu borcluyuq"- deyə prezident vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam