Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Abel Məhərrəmovu yeni vəzifə gözləyir

 

 

 

     Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun işdən uzaqlaşdırılacağına dair xəbərlər zamanla mətbuatda yayılmaqdadır. 
    "Xeberinfo.com": Biz BDU rektorunun vəzifədən çıxarılacağı barədə məlumat vermişdik. Bu barədə daha bir məlumat əldə etmişik. Məlumatı verən mənbənin sözlərinə görə, BDU rektoru üçün bu sessiyanın sonu gözlənilir. Belə ki, yay imtahanları bitdikdən sonra Abel Məhərrəmovla bağlı sərəncam veriləcək.
      Məlumatda deyilir ki, təhsil naziri Mikayıl Cabbarov ən böyük təhsil müəssisəsinin başına öz adamını gətirəcək. Lakin Abel Məhərrəmovun BDU-nin inkişafında xidmətləri də unudulmayacaq.
Belə ki, BDU rektoru sabiq təhsil naziri ilə eyni qədəri yaşayacaq. Abel Məhərrəmovun Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna direktor gətiriləcəyi bildirilir. Onun vəzifəsiz qalmaması isə Prezidentin sırf şəxsi təşəbbüsüdür.
     Bütün bunların gələcək ayın ortalarına qədər reallaşacağı vurğulanmaqdadır.

 

     Qeyd edək ki, A.Məhərrəmov AMEA-nın həqiqi üzvüdür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam