Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Ledi Qaqaya 1 milyon dollar qonarar ödənilmişdi” -Azad Rəhimov

azad-3

"Bu il "Formula 1" azarkeşlərini əyləndirmək üçün Bakıya dünyaca məşhur ulduz gələcək".

Xeberinfo.com:   Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir xatırladıb ki, Bakıda keçirilən ilk Qran Pridə həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu: “Bu il ola bilsin, əyləncə hissəsi ötən ilki səviyyədə olmasın. Dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonararına gəlincə, nazir qeyd edib ki, rəqəmlər heç kim üçün sirr deyil: “Bu sahədə olan mütəxəssislərə məlumdur ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Kimi 30-50 min, kimi 300 min dollar qarşılığında çıxış edir.

Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonanar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Onu da qeyd edim ki, bu il yeni avadanlıqlar alınmayacaq, ötən ilki hasardan istifadə olunacaq. Ümumilikdə daha az maliyyə xərclənəcək”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam