Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

2 hakim vəzifəsindən azad olundu -Məhkəmə-Hüquq Şurası toplaşdı

Xeberinfo.com:   Ötən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 hakimin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib.

Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam