Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

NATO gəmiləri Odessada -Rusiyanı qəzəbləndirəcək daha bir addım

Fransanın “La Fayette” hərbi gəmisi Qara dənizin qərbinə doğru irəliləyir.

Yenixeber.org:  Bu barədə  “RİA Novosti” məlumat yayıb.

Agentliyin hərbi-diplomatik mənbəyə istinadla verdiyi məlumata görə, Rusiya Qara Dəniz Donanmasının hərbi qüvvələri və aşkarlama vasitələri “La Fayette” gəmisinin hərəkətini müşahidə edirlər.

NATO-nun baş katibi Jens Stoltenberq bundan əvvəl bildirmişdi ki, alyans Qara dənizdə iştirakını genişləndirəcək, hərbi təlimləri intensivləşdirəcək.

Stoltenbergin sözlərinə görə, alyansın hərbi gəmiləri regionda keçirilən təlimlər zamanı mövcud vəziyyət barədə informasiya toplayacaq, həmçinin regiondakı müttəfiqlərin hərbi-dəniz qüvvələri ilə qarşılıqlı hərəkət vaxtı koordinasiyanı öz üzərinə götürəcək.

Hərbi-diplomatik mənbənin “RİA Novosti”yə verdiyi məlumata görə, həmçinin Odessaya Türkiyə və Rumınyadan 2 gəmidən ibarət minatutan qrup, habelə Polşa, İspaniya, Almaniya və Yunanıstandan minatutan gəmilər gəlib. Yaxın vaxtlarda gəmi komandirlərinin toplantısı gözlənilir. Toplantıda, minalardan müdafiə təlimində qarşıya qoyulacaq tapşırıq müəyyənləşdirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam