Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Abşeronda jurnalistin evini dağıtdılar -FOTO

Abşeronda jurnalistin evini dağıtdılar -

 

Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist, Teleqraf.com saytının əməkdaşı Hacı Zeynalovun 4-5 ildir min bir əziyyətlə tikdiyi və hələ də başa çatdırmadığı evini dağıdıb.

Yenixeber.org:   Modern.az-ın məlumatına görə, bu barədə jurnalistin dostları məlumat veriblər. Jurnalistin ev tikməklə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənədlərinin qaydasında olduğu bildirilir. 

Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmədovadır.

Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib.

Sayt Abşeron rayon İcra Hakimiyyətinin məsələylə bağlı mövqeyini öyrənə bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam