Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakıda küləkli hava şəraiti iyulun 27-dək davam edəcək

 

"Bakıda əsən və arabir güclənən külək iyul ayının 27-dək davam edəcək".
Yenixeber.org: Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O xatırladıb ki, iyul ayının 24-dən başlayaraq paytaxtda arabir güclənən şimal qərb küləyi əsir: "Xəzri küləyinin üstünlüyü iyul ayının 27-dək davam edəcək. Yəni, iyul ayının 25-26-ı gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 30-35 dərəcə arasında dəyişəcək".
G.Məmmədovanın sözlərinə görə, iyul ayının 27-i gündüz saatlarından başlayaraq paytaxtda mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: "Yəni, hazırda müşahidə olunan arabir güclənən şimal-qərb küləyi iyulun 27-dən mülayimləşəcək".
Mütəxəssis qeyd edib ki, yaxın iki gün ərzində havanın temperaturunda dəyişiklik gözlənilmir: "İyulun 27-dən etibarən havanın temperaturunun tədricən yüksəlməsi gözlənilir". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam