Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanda 9 adda yeni dərman satışa çıxarılacaq

 

 

Yenixeber.org: ABŞ-ın farmaseptika şirkəti MERCK-in istehsal etdiyi 9 adda dərmanın (“Concor”, Concor Cor”, “Lodoz”, “Glucophage”, “Glucophage XR”, “Glucovance”, “Euthyrox”, “Jodbalance” və “Thyrozol”) Azərbaycanda satışına başlanılacaq. 
“Report” Avropa mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə istehsalçı ilə İsveçrənin ACINO şirkəti ilə distributor razılaşması imzalanıb.
Razılaşmanın şərtinə görə, ACINO şirkəti MERCK-ə məxsus ürək-damar və endokrin xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərmanları MDB ölkələrinin bazarına çıxaracaq. Söhbət Rusiya istisna olmaqla birliyə daxil olan bütün ölkələrdən, o cümlədən Azərbaycandan gedir. 
Yeni dərmanların satışına gələn il yanvarın 1-dən başlanılacaq. Bu dərmanlar ürək-damar xəstəlikləri ilə yanaşı, şəkərli diabet və qalxanvari vəzin xəstəlikləri kimi endokrin xəstəliklərin müalicəsi üçün də istifadə ediləcək. 
Qeyd edək ki, adıçəkilən dərmanların Türkiyədə satış qiymətləri 1-10 manat arasında dəyişir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam