Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Meyiti tapılan neftçinin bacısı: -"Anam onun dərdindən öldü..."

 

Yenixeber.org: 8 ay əvvəl Xəzər dənizində itkin düşən neftçi 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlunun cəsədi bu gün tapılıb. Mərhumun meyiti ailəsinə təhvil verilib. 

Ələt Bələdiyyəsinin sədri Azad Musayev AzVision.az-a bildirib ki, hazırda S.Əsədovun yas mərasimə hazırlış işləri görülür.

“Samiri Əsədovun nəşi dəfn edilməsi üçün qəsəbəyə gətiriləcək. Yas mərasimi İcra Hakimiyyəti və Dövlət Neft Şirkəti tərəfindən təşkil olunacaq. Bütün xərclər bu qurumlar tərəfindən ödəniləcək”. 

S.Əsədovun bacısı Samirə Əsədova qardaşının 3 övladının ondan yadigar qaldığını deyib. Onun sözlərinə görə, anaları Samirin yoxluğuna dözə bilməyərək vəfat edib. 

“Qardaşımın böyük qızı Simarə bu il yeddinci sinifdə oxuyacaq. İkinci qızı Həcər isə beşinci sinifə gedəcək. Oğlu Cavid hələ balacadır. Onun 4 yaşı var. Biz inanırdıq ki, qardaşım sağ qalacaq. Aylar keçdikcə, ümidimizi itirmişdik. Samirin uşaqları 8 aydır atalarının yolunu gözləyirdilər. Həmişə deyirdilər ki, atamız evə qayıdacaq. Amma ataları sağ qayıtmadı. Onlara atalarının meyitini gətirdilər. Bu, sadəcədə dəhşətdir. Anam Məleykə qardaşımın yoxluğuna, onun dərdinə dözmədi, may ayının 8-də dünyasını dəyişdi”.

Qeyd edək ki, Əsədov Samir Atabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır. Onun Həcər (10 yaş), Simarə (11) adlı iki qızı və Cavid adlı 4 yaşlı bir oğlu var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam