Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Alimlər Antarktidada buz altında 91 vulkan tapıblar

 

Yenixeber.org: Edinburq Universitetinin alimləri Qərbi Antarktidanın buz qatından 2 km dərinlikdə 91 vulkan tapıblar.

Trend-in AMEA-nın saytına istinadən verdiyi məlumata görə, vulkanlardan ən hündürü İsveçrədə yerləşən 4000 metrlik Eyger dağı ilə müqayisə olunur. Hazırda mütəxəssislər vulkanların aktivliyini və onların nə zaman püskürəcəyini müəyyən etməyə çalışırlar.

Alimlərdən biri Robert Binqam bildirib ki, əvvəllər Antarktidada 47 vulkanın olduğu deyilirdi. Lakin son araşdırmalara əsasən, qitədə 100 metrdən 3850 metrədək hündürlüyə püskürə bilən 91 obyekt olduğu təsdiqlənib. Vulkanlar indi aktivlik göstərmir və dörd kilometr dərinlikdə buz altında yerləşir.

Vulkanların püskürməsinin Antarktidanın buzlarına necə təsir göstərəcəyi hələlik məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam