Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ilin ikinci rübündə planşetlərin satış həcmi azalıb

Bu ilin ikinci rübündə planşetlərin satış həcmi azalıb

 

Yenixeber.org: Beş ən iri planşet istehsalçısından 3-ü (“Apple”, “Huawei” və “Amazon”) ikinci rübdə satış həcmini artırmağa müvəffəq olublar. Bu, yeni modellərin qiyməti ilə izah edilir.

AZƏRTAC xəbər verir ki, planşet bazarında yeni ucuz modellərin təqdim edilməsi bir müddət azalmanı ləngitsə də, 2017-ci ilin ikinci rübündə planşetlərin satış həcmi ötən illə müqayisədə 3,4 faiz azalaraq 37,9 milyon təşkil edib. Klaviaturalı planşetlərin satış həcmi, həmçinin azalıb, çünki istehlakçılar “Apple”, “Microsoft” və başqa aparıcı istehsalçılardan yeni modellər gözləyirdi.

Beş ən iri planşet istehsalçısından 3-ü (“Apple”, “Huawei” və “Amazon”) cari rübdə satış həcmini (müvafiq olaraq 14,7 faiz, 47,1 faiz və 51,7 faiz) artırmağa müvəffəq olublar.

Smartfon və ənənəvi fərdi kompüter istehsalçıları eyni vaxtda klaviaturalı planşetlərə rəqabətədavamlı alternativ olan hibrid noutbuklar təqdim etməyə başlayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam