Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Baş məşqçinin oğlu jurnalistə hücum etdi

 

"Neftçi"-"Koper" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında qalmaqal yaşanıb. 
"Xeberinfo.com": Məlumata görə, bakılıların baş məşqçisi Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkib.
 
Belə ki, "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergünün Böyükağa Hacıyevə ardıcıl suallar verməsi "Neftçi" tərəfini qəzəbləndirib. Jurnalistin "Skenderbeu" gəlir "Neftçi"ni çiləyir, "Koper" gəlir "Neftçi"ni çiləyir" deməsi qalmaqalın yaranmasına səbəb olub. 
Bundan sonra əsəbləşən Böyükağa Hacıyev ayağa qalxıb. Bunun ardınca Hacıyevin oğlu Yusif Rəşad Ergünə yaxınlaşaraq, ona fiziki təsir göstərərək, jurnalistə əl qaldırıb. 
Yusif zaldan çıxarılandan az sonra Hacıyevin böyük oğlu Rüstəm də otağa girməyə çalışıb. Amma Böyükağa Hacıyev ondan zalı tərk etməyi tələb edib.
Maraqlıdır ki, görəsən, Böyükağa Hacıyevin oğlu mətbuat konfransına hansı əsasla daxil olub?

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam