Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Küçə musiqisi festivalı keçiriləcək-BAKIDA

 

Küçə musiqisi festivalı keçiriləcək-

 

23-24 sentyabr tarixlərində saat 19:00-da “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi vəAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Xəzərin sahilində” küçə musiqisi festivalı keçiriləcək.

Yenixeber.org: Fonddan verilən məlumata görə, Milli Musiqi Gününə həsr olunmuş festivalda müxtəlif janrlarda ifa edən iyirmidən artıq ifaçı və qrupun iştirakı nəzərdə tutulub.

Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda xüsusi nöqtələr ayrılmış və avadanlıqla təchiz olunub. Festivalın keçirildiyi tarixlərdə kiçik səhnələrdə ifaçılar biri-birini əvəz etməklə öz proqramlarını təqdim edəcəklər. Küçə Musiqisi Festivalının ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, istənilən arzu edən şəxsə burada ifa etmək imkanın verilməsi olacaq.

“Xəzərin sahilində” küçə musiqisi festivalında Azərbaycanın tanınmış ifaçılarının iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulub.

Festivalın keçirilməsində məqsəd, Bakı şəhərində küçə musiqiçilərinə münasibətin daha da yaxşılaşdırılması, gənclərin musiqi ətrafında toplaşaraq xoş vaxt keçirmələrinə nail olmaqdır.

Metbuat.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam