Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Baş Prokurorluq baş redaktora xəbərdarlıq etdi

Baş Prokurorluq baş redaktora xəbərdarlıq etdi

 

Baş Prokurorluq “Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimova rəsmi xəbərdarlıq edib.

Yenixeber.org: Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla “Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimov tərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq sensasiya yaratmaq naminə C.Hacıyevdən müsahibə alınaraq ictimailəşdirilməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytınbaş redaktoru Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindənsui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla,“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə cinayət prosesinin iştirakçılarının hüquq və qanuni mənafelərini pozmaqla bu qəbildən olan qanunazidd əməlləri davam etdirəcəyitəqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam