Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

MTRŞ dilçi alimləri toplayır:ana dili müzakirə ediləcək

MTRŞ dilçi alimləri toplayır:

 

“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçiriləcək.

Yenixeber.org: Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, konfrans 6 oktyabr tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Konfransda dilçi alimlərin, millət vəkillərinin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.

Konfransa prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Nizami Cəfərov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu iştirak edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam