Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ATƏT nümayəndəsi separatçıların ayağına getdi- FOTO

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. 

Yenixeber.org: Müdafiə Nazirliyinin məlumatına görə, monitorinq insidentsiz başa çatıb. 

Qeyd edək ki, bundan əvvəlki monitorinq 12 oktyabrda olmuşdu, lakin həmin monitorinqdən az sonra erməni tərəf təmas xətti boyunca təxribatlara əl atmışdı, nəticədə qarşılıqlı itkilər oldu.

Bu gün diqqəti çəkən məsələ ənənəvi monitorinqin keçirməsi yox, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Dağlıq Qarabağa gedərək separatçı rejimin “müdafiə naziri” Levon Msatsakanyanla görüşməsidir. Musavat.com bununla bağlı erməni mənbələrinə istinadən xəbər verir. 

Məlumata görə, separatçıların təmsilçisi Kasprşiki son günlər təmas xəttində vəziyyətin gərginləşməsi barədə məlumatlandırıb. ATƏT rəsmisi hətta erməni separatçısının Azərbaycan ordusunun guya “Spayk” və qumbaraatanlardan istifadə edərək atəş açması barədə nağıllarını da dinləyib. Görüşdən çəkilmiş foto da sübut edir ki, görüş Qarabağ ermənisinin və ATƏT nümayəndəsinin ürəyincə olub. Ancaq əslində A.Kasprşik əsgəri erməni gülləsindən şəhid olan Azərbaycan ordusunun rəhbərliyi ilə görüşməli, işğalçıların həyasızlıqları il əlaqədar təşkilatın baş ofisinə raport verməli idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam