Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ukraynada Fikrət Hüseynlinin məhkəməsi başlanıb– Azərbaycana ekstradisiyası ilə bağlı vəsatət rədd edilib

Ukraynada Fikrət Hüseynlinin məhkəməsi başlanıb

 

Kiyevin Lukyanov şəhər Məhkəməsində azərbaycanlı jurnalist Fikrət Hüseynlinin həbsdən azad edilməsi ilə bağlı məsələyə baxılır

 

Yenixeber.org: Bu barədə məhkəmə zalında olan fəal Səid Nuri “Amerikanın Səsi”nə bildirib.

Onun sözlərinə görə, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycan ekstradisiya edilməsi ilə bağlı vəsatətini rədd edib. Vəkil Dmitri Mazurok və Ukrayna Ali Radasinin deputati Nikola Knyajitski jurnalisti zaminə götürməklə bağlı məhkəməyə müraciət edib. Hazırda məhkəmə vəsatəti müzakirə etmək üçün məşvərətə gedib.

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur. Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam