Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Döyüş vertolyotlarımız cəbhəboyu uçuşlara başladı

  Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) zərbə helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir.
 "Xeberinfo.com": Helikopterlər bu gün səhər saatlarından uçuşlara başlayıb. Döyüş helikopterləri qoşunların təmas xətti üzərində uçur.
Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, bu gün səhər saatlarından xeyli sayda sakin rayondakı hərbi hissənin qarşısına toplaşaraq könüllü şəkildə silahlanıb, ön xəttə döyüşə getmək istədiyini ifadə edib. 
Hərbi hissə önünə toplaşanlar arasında 1992-1994-cü illərdə Füzulinin özünümüdafiə taborlarında döyüşənlər, keçmiş zabitlərlə yanaşı, gənclər, hərbi xidməti bir neçə il əvvəl başa vurmuş şəxslər də var.
Hərbi hissə komandanlığı və rayonun müvafiq qurumlarının nümayəndələri vətəndaşlarla görüşərək, onların təkliflərini dinləyib, ehtiyac yaranarsa, onların köməyindən istifadə olunacağını bildiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam