Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyədə 2500 illik tapıntı:qadın, uşaq və tısbağalar...

Türkiyədə 2500 illik tapıntı:

 

 

 

 

 

 

Türkiyənin Diyarbəkir əyalətinin Bismil mahalında aparılan qazıntılar zamanı arxeoloqlar qadın və uşağın 17 tısbağa ilə birlikdə dəfn edildiyi 2500 illik məzar aşkar ediblər

 

Yenixeber.org:Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Arxeoloqlar 45-55 yaşlı qadın və 6 yaşlı uşağın dəfn olunduğu məzarda Dəclə çayı hövzəsində yaşayan növə aid 17 tısbağanın olmasına təəccübləniblər.

Yumşaq qabıqları və təcavüzkar davranışları ilə fərqlənən tısbağalar qədim dövrlərdə yemək üçün istifadə olunub, ancaq hələ də həmin heyvanların məzara hansı məqsədlə qoyulması barədə dəqiq fikir söyləmək mümkün olmayıb.

Versiyalardan birinə görə, üzərində heç bir zorakılıq izləri olmayan cəsədlərin yanına tısbağalar hədiyyə olaraq qoyulub. Digər bir versiyaya görə isə qədim dövrdə tısbağalar bu dünyadan sonrakı həyata bələdçi sayıldığı üçün insanlarla birlikdə dəfn olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam