Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

20 min əsgər - Foto Azərbaycanlılar Ərbəin yürüşündə:

Azərbaycanlılar Ərbəin yürüşündə:

 

Ərbəin günündə (qırxıncı gün) Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. Həmin gün İraqın şəhərlərindən Kərbəla istiqamətində piyada Ərbəin yürüşləri başlayır

 

Yenixeber.org: Ərbəin yürüşündə iştirak edən azərbaycanlı fotoqraf Orxan Əzim mövzu ilə bağlı  danışarkən orada zəvvarların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu bildirib:

“Təxminən 30 milyon insanın qatıldığı yürüşdə 3 milyon əcnəbi iştirak edir. Ərbəin günlərində Kərbəla şəhərində rəsmi tətildir. Burada şiələr İŞİD üçün əsas düşməndir. Yəni təhlükə bir addımlıqdadır. Amma 20 mindən çox polis və əsgər Ərbəin yürüşlərinə gedən zəvvarları qorumaq üçün səfərbər olub. Zəvvarların təhlükəsizliyi, fiziki-bioloji ehtiyacları ən yüksək səviyyədə təmin edilib”.

Orxan Əzim bildirib ki, zəvvarlar arasında həmyerlilərimiz də var:

“Hər il olduğu kimi, bu il də yürüşə qatılanlar arasında azərbaycanlılar çoxluq təşkil edir. Xüsusi coşqu və sevgiylə iştirak edən həmyerlilərimiz arasında müxtəlif peşə sahibləri, yaradıcı adamlar da var.

Mərasimə qatılanlar üçün bu yürüş İmam Hüseynin timsalında haqq-ədalətin qələbə çalacağı barədə mesajdır”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam