Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu kadrlar Bakıdandır- VİDEO

 

 

 

 

 

 

 

 

 

 

Bununla bərabər çirkab su ilə gələn minlərlə plastik su qabları da dəniz suyuna tökülür. Söhbət Bakının Hövsan qəsəbəsindən gedir

 

 

 

 

 

Yenixeber.org:  Həm torpaq, həmdə dəniz çirklənir. Bura Paytaxtın Hövsan qəsəbəsidir. Boş əraziyə boru vasitəsi ilə çirkli sular axıdılır.

Elə həmin borudan bura minlərlə plastik su qabları da tökülür. Çəkiliş zamanı da kanalizasiya sularının bura töküldüyünün şahidi olduq.. Yaranan ifunət qoxusu isə ətrafa yayılır.

Ən dəhşətlisi isə odur ki, çirkli su və tullantılar kanal vasitəsi ilə birbaşa təmizlənmədən xəzər dənizinə axıdılır.

Çirkab suyun hansı mənbədən axıdıldığını müəyyənləşdirmək mümkün olmadı.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev bildirdi ki, görüntülərə baxıldıqdan sonra əraziyə nazirliyin əməkdaşları tərəfindən baxış keçiriləcək. Suyun hansı mənbədən axıdıldığı müəyyən edildikdən sonra sərt cəza tədbirləri görüləcək.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam