Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"AMAY Abdulla"nın "arvadı" bəraət istəyir

"AMAY Abdulla"nın "arvadı" bəraət istəyir

 

 Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının müraciəti əsasında məhkəmə başlayıb

 

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Aygün Akimova apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. A.Akimova bəraət istəyir.

Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

Bildirək ki, A.Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib. O isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İlham Baxışov isə onda təqsirli bilinib ki, Akimovanın xahişi ilə onun evinə "kupça" düzəltməli imiş. Ancaq Baxışov vədinə əməl etməyib. Amma aldığı pulu geri qaytarıb.

Aygün Akimova bir neçə şəxsə qarşı dələduzluq etsə də, İlham Baxışovun adı yalnız bir epizodda keçir.

Bildirək ki, Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə evli olduğunu, uşaqlarının atasının iş adamı olduğunu deyib. Bu iş üzrə "AMAY Abdulla" da istintaqda şahid kimi ifadə verən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adıçəkilən qadının onun şirkətində xadimə işlədiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam