Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Mamuka Baxtadzeni İlham Əliyevlə danışıqlarda– YENİLƏNİB

Mamuka Baxtadzeni İlham Əliyevlə danışıqlarda

 

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib

 

Yenixeber.org: Prezident İlham Əliyev Mamuka Baxtadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Təbrikə görə minnətdarlığını bildirən Mamuka Baxtadze bundan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışarkən Bakı-Tbilisi-Qars layihəsinin icrasında iştirak etməsini məmnunluqla vurğulayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin maliyyə qurumları arasında əməkdaşlığın bu işə verdiyi töhfə qeyd olunub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal layihələrə toxunulan görüşdə Bakı-Tbilisi-Qars layihəsinin regional və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmi qeyd edilib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam