Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

SOCAR-ın zavodunda bədbəxt hadisə:Ölən və yaralı var

 

SOCAR-ın zavodunda bədbəxt hadisə: Ölən və yaralı var

SOCAR-ın Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.

Yenixeber.org:Şirkətdən daxil olan məlumata görə, bu gün saat 12:30 radələrində Sumqayıtdakı Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar “Azərkimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı mexaniki quraşdırma sahəsinin işçiləri quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16:00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. 

Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.
SOCAR-ın rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam