Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakıda saunadan oğurluq kameralara tuş gəldi– VİDEO

Bakıda saunadan oğurluq kameralara tuş gəldi

 

Bakıda saunadan oğurluq edən şəxs yaxalanıb

 

Yenixeber.org: DİN mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən saunalardan birindən oğurluq edən şəxs saxlanılıb.

Bakı şəhər sakini Müslüm Tağıyev 18-ci Polis Bölməsinə məlumat verərək bildirib ki, saunada olduğu müddətdə paltardəyişmə otağında onun cibindən 1700 manat pul naməlum şəraitdə oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Xəyal Mustafayev saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxsin saunanın paltardəyişmə otağında törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb. İfadəsi zamanı X.Mustafayev törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam