Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanın ilk antivirus proqramı hazırlanır -I mərhələ başa çatdı (VİDEO)

 

Yenixeber.org: Xüsusi dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə Və İnformasiyaTəhlükəsizliyi Dövlət Agentliyi yanında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilk antivirus proqramının hazırlanması üzrə işlərin birinci mərhələsini başa çatdırıb.

Bu barədə CERT-dən məlumat verilib.

Məlumatda qeyd olunur ki, proqram “Team Cymru” tərəfindən həyata keçirilən zərərli proqramlar bazası üzrə axtarış və digər funksiyalarla təmin olunub: “Layihə üzərində iş nəzərdə tutulduğundan daha çətin alındı. Artıq birinci mərhələ başa çatıb. Amma proqramın beta versiyasını təqdim etmək üçün bir qədər vaxt tələb olunacaq”.

Qeyd edək ki, zərərli kompüter proqramlarının çoxfunksiyalı təhlili proqramı (Multifunctional Analysis Program - MAP) üzərində iş 2015-ci ildən başlayıb. Proqramın interfeysi 3 dildə - Azərbaycan, rus və ingilis dillərində olacaq. Antivirus proqramının yaradılması CERT-in prioritet planlarından biridir. (Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam