Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakıda böyük görüş- NATO generalı Bakıya gəlir

 

Bakıda böyük görüş

 

O, Rusiyanın Baş Qərargah rəisi ilə görüşəcək

Yenixeber.org: NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali baş komandanı general Kertis Skaparrotti Azərbaycana səfər edəcək. İstiPress-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "BuzzFeed" portalı məlumat yayıb. Onlar adıçəkilməyən Amerika və Avropa vəzifəli şəxslərinə istinad ediblər. 

Onun Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimlə görüşəcəyi gözlənilir. Səfərin bu ay baş tutacağı bildirilib. 

Skaparrottinin xələfi Filipp Bridlav portala bildirib ki, bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk belə görüş olacaq.

Xatırladaq ki, Rusiyanın strateji tərəflərlə görüş yeri kimi Bakını seçməsi ilk hal deyil. Bundan öncə də Bakıda Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun gözlənilməz görüşü olub. Sentyabrda isə Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam