Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İntihar edən tələbənin meyiti hələ tapılmayıb–Əmisi oğlundan ittiham

Ötən gün Bakıdakı Dənizkənarı Milli  Parkda özünü dənizə ataraq intihar edən  Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlunun meyiti hələ də dənizdən çıxarılmayıb.

Yenixeber.org: Bu barədə məlumatı mərhumun əmioğlusu Rəsul Cahangirov verib.

Onun sözlərinə görə, bəzi KİV-lərdə meyitin tapılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:“Hazırda mən dənizkənarı bulvardayam. Təəssüflər olsun ki, ötən gecə bizim tələblərimizə baxmayaraq, heç bir axtarış aparılmadı. Hazırda hadisənin baş verdiyi ərazidə axtarışlar aparılır. Bizi medianın belə yalan məlumat yayması təəccübləndirir. Əksinə, bu cür çətin vəziyyətdə media həqiqəti yaymalıdır ki, dövlət qurumları da məsuliyyətli davransınlar”.

İntihar edən gənc şairin doğmasının sözlərinə görə,  əmioğlusu özünü bulvarın “Yaxt klub” olan ərazisində dənizə atıb.(Azinforum.az )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam