Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Lotu Qulinin dəstəsi çeçen qruplaşması ilə toqquşdu-Moskvada



Bir neçə gün əvvəl Moskvada iki ən böyük - Azərbaycan (Lotu Qulinin başçılığı ilə) və çeçen (Əziz Batukayevın başçılığı ilə) kriminal qruplaşması arasında toqquşma olub .

Yenixeber.org:  Rusiya KİV-ləri  bildirir ki, çeçen qruplaşması əvvəllər Rövşən Lənkəranski kriminal ailəsinin nəzarət etdiyi bazarları tutmağa cəhd göstərib.

Çeçen kriminal qruplaşması əsasən Azərbaycandan olan ticarətçilərin işlədikləri bazarlara silahlı reydlər təşkil edərək, onların boynuna yeni “haqq” qoymaq istəyib.

Ancaq Rusiya paytaxtında təsir sahələrinin yenidən bölünməsi cəhdi Azərbaycan qruplaşmasının lideri Lotu Quli tərəfindən  kəskin müqavimətlə qarşılanıb və o buna yol verməmək üçün zəruri hazırlıqlar görüb...

Rusiya KİV-i bildirir ki, Lotu Quli ilə Əziz Batukayev arasında gərgin telefon söhbəti olub, ondan sonra Moskva azərbaycanlıları və çeçenləri arasında ilk toqquşma yaşanıb. Hüquq-mühafizə orqanları 15 nəfəri saxlayıb.

Çeçen qruplaşması ilə toqquşmada Rusiya kriminal aləminin çox hissəsi Lotu Qulini dəstəkləyib. Bəzi Rusiya nəşrləri bunu onunla izah edirlər ki, Əziz Batukayev rəsmi Qroznının müəyyən dairələri tərəfindən dəstəklənən, sistemli kriminaldan uzaq adamdır.

Məlumatlara görə, Lotu Qulinin qruplaşması  çeçen dəstələrini Azərbaycan bazarlarından çıxarmağa nail olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam