Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Keçmiş nazirin "işdən çıxan" yeznəsi qəbul keçirir

Keçmiş nazirin "işdən çıxan" yeznəsi qəbul keçirir

 

 

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini, keçmiş Vergilər naziri Fazil Məmmədovun yeznəsi Namiq Quliyevin işdən çıxarılması ilə bağlı deyilənlər özünü doğrultmayıb

 

Yenixeber.org: Ötən ilin dekabrında yeni nazir Mikayıl Cabbarov tərəfindən işdən çıxarıldığı deyilən Namiq Quliyev elə öz vəzifəsində qalıb.

Belə ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəhbər işçilərinin 2018-ci ildə vətəndaşların qəbul qrafikini açıqlayıb. Qrafikdə Departamentin baş direktorunun 1-ci müavini Namiq Quliyevin həftə içi hər gün saat 09:00-dan 18:00-dək vətəndaş qəbulu həyata keçirdiyi qeyd olunub.

Qeyd edək ki, Modern.az saytı ötən ilin 26 dekabr tarixində yaydığı məlumatda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyevin vəzifəsindən kənarlaşdırıldığını bildirmişdi.

Xatırladaq ki, Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam