Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ərdoğan bu gün ilk xarici səfərini edir

 

     

     Türkiyədə avqustun 10-da keçirilən prezident seçkilərində xalqın istəyi ilə 12-ci ölkə başçısı seçilən Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.

"Xeberinfo.com": SalamNews-un “Kıbrıs Posta”ya istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan “Ercan” hava limanında ŞKTC prezidenti Derviş Eroğlu tərəfindən qarşılanacaq.

Prezident sarayında keçiriləcək rəsmi qarşılanma mərasimindən sonra ölkə başçıları arasında təkbətək görüş başlayacaq.

Türkiyəli lider səfər çərçivəsinə Kipr Türk Cəmiyyəti azadlıq mübarizəsinin lideri Fazil Küçük və qurucu prezident Rauf Denktaşın məzarlarını ziyarət edəcək.

Bundan əvvəl xəbər verdiyimiz kimi, Türkiyənin yeni lideri sentyabrın 3-də Azərbaycana gələcək.

O, Azərbaycan səfərindən sonra – 4-5 sentyabr tarixlərində Uelsdə keçiriləcək NATO sammitində, 21-26 sentyabrda isə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclaslarında iştirak edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam