Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər– RƏSMİ

 

224253_res_01Ərəb investorları Azərbaycanda otel biznesinə, xüsusilə “ekonom” seqmentində otellərə maraq göstərirlər.

Yenixeber.org: Bunu Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bununla belə, hələlik Azərbaycanda otellərin satın alınması barədə faktlar olmayıb: “Bizdə hansısa Azərbaycan otelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar “ekonom” kateqoriyalı – iki və üçulduzlu otellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb”.

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus otellər qeydiyyatda mövcud deyil: “Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi otellər qarşımıza çıxmayıb”.

S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının otel biznesinə cəlb olunmasına zərurət yoxdur.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam