Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

DİN-dən əməliyyat:400 dini kitab müsadirə edildi

DİN-dən əməliyyat:

 

 

Bu gün Bakıda fəaliyyət göstərən “Ənsar” dükanında satışına razılıq verilməmiş, nəzarət markası ilə markalanmış 400 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək, hüquq-mühafizə orqanları tərəfindən götürülüb

 

Yenixeber.org: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, DQİDK, DİN və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan “Ənsar” mağazasında reyd keçirilib. Baxış zamanı müvafiq İcra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqəsi olmayan “Ənsar” dükanında satışına razılıq verilməmiş 400 dini təyinatlı ədəbiyyat aşkar edilib.

Qeydə alınmış qanun pozuntusu ilə əlaqədar adıçəkilən mağazanın satıcısı Mehdiyeva Ruhiyyə Mirhüseyn qızı barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.2.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam