Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Müdafiə Nazirliyi:“PUA-larla mina zərbələri endirilməsi xəbəri yalandır”

Müdafiə Nazirliyi: “PUA-larla mina zərbələri endirilməsi xəbəri yalandır”

Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyimiz xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.

Bildiririk ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir. Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı", - deyə məlumatda bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam