Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İran Türkiyəni Afrindəki əməliyyatları dərhal dayandırmağa çağırıb

 

 

Qasimi: Afrində böhranın davam etməsi təkfirçi terror qruplaşmalarının fəallaşmasına gətirib çıxara bilər

 İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır.

Yenixeber.org: "Novosti" xəbər verir ki, bu barədə Qasiminin "Tasnim" agentliyində dərc olunan məlumatında bildirilir.

"İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir", — deyə məlumatda qeyd olunur.

"Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər", - deyə o əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruri olduğunu qeyd edib. O həmçinin Türkiyəni Suriya böhranını siyasi yolla həll etməyə çağırıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam