Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Elektron sürücülük vəsiqəsinin tətbiqinə başlanılır

 

 

Suomi dünyada elektron sürücülük vəsiqələrinin ümumi istifadə üçün tətbiq ediləcəyi ilk ölkə olacaq. Bu vəsiqələr qanuna müvafiq dəyişiklik edildikdən sonra ənənəvi vəsiqələri əvəzləyəcək

 

 

Yenixeber.org: Yayın sonunda Finlandiyada işə salınacaq “Autoilija” pulsuz mobil əlavə plastik kart formasındakı sürücülük vəsiqəsini əvəz edəcək. Bu əlavədə sürücü Finlandiyada qeydiyyata alınmış avtomobil, onun mühərriki, texniki baxış vaxtı, habelə avtomobil üçün vergi barədə faydalı məlumat əldə edəcək. Həmçinin fərdi “xatırlatmalar” nəzərdə tutulur.

Smartfondakı təsvir müxtəlif qoruyucu elementlər və əslini təsdiq edən QR kodu ilə təchiz edilib. Mobil əlavə istifadəçinin olduğu yer haqqında məlumat toplamır və yadda saxlamır.

Elektron vəsiqələrin yoxlanmasına yanvar ayının ikinci yarısından başlanılıb. Məlum olub ki, bu cür mobil əlavədən gələcəkdə istifadə etmək mümkündür. Bundan, həmçinin şəxsiyyət vəsiqəsi kimi, məsələn, poçt bağlamasını qəbul edəndə və ya yaşın təsdiqi üçün istifadə etmək olar. “Trafi” nəqliyyat agentliyi elektron vəsiqələrin ölkədə sürücülər arasında populyarlıq qazanacağını gözləyir. Yayda mobil əlavəni “App Store” və “Google Play” vasitəsilə yükləmək mümkün olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam