Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Venesuela prezidenti OPEC-ə kriptovalyutaya keçməyi tövsiyə edib

 

 

Venesuela Prezidenti Nikolas Maduro

Yenixeber.org: Venesuela OPEC+ anlaşmasına üzv ölkələrin Monitorinq komitəsinin işini 5 il uzatmağı, tərəfdaşlarına kriptovalyuta ilə hesablaşma aparmağı tövsiyə edib. 

 Rusiya mətbuatı xəbər verir ki, bu barədə açıqlamanı Venesuela prezidenti Nikolas Maduro Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Muhammed Barkindo ilə görüşdükdən sonra verib.

Onun sözlərinə görə, neft hasilatının həcminin azaldılması ilə bağlı anlaşma əldə edildikdən sonra bazarda sabitlik yaranıb və əvvəlki qiymətlər bərpa edilib. 

Prezident həmçinin OPEC üzvü olan və olmayan ölkələrə müştərək şəkildə kriptovalyuta emissiyası mexanizmini qurmağı təklif edib: "Bütün neft hasil edən ölkələrə arxasında neftin dayandığı kriptovalyuta buraxmağı rəsmi şəkildə təklif edəcəm".

Xatırladaq ki, Venesuela fevralın 20-də 100 mln. ədəd milli kriptovalyuta emissiya etməyi planlaşdırır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam