Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ermənilərin girov götürdüyü vətəndaşımız geri qaytarıldı

 

   Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş tutub.
   "Xeberinfo.com":  Dağlıq Qarabağda girov saxlanılan 15 yaşlı azərbaycanlı geri qaytarılıb. Məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, Azərbaycan vətəndaşı bu gün BQXK himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş tutub.
       Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən, saxlanılan şəxs öz geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun ailə üzvləri ilə də əlaqə saxlayıblar
       Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
       Qeyd edək, 15 yaşlı Cavid Məmmədov sentyabrın 5-də Tərtər rayonunun Aşağı Çaylı kəndi istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam